Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

20.02.2023

   Cari ilin 14-16 fevral tarixlərində Portuqaliya Respublikasının paytaxtı Lissabon şəhərində Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi CyberEast layihəsi çərçivəsində “Birgə Təhqiqat Komandaları və xarici xidmət təchizatçıları ilə inkişaf etdirilmiş əməkdaşlıq” mövzusunda regional təlim keçirilib.
 
   30-dan çox dövlətin və nüfuzlu beynəlxalq təşkilatlardan 50-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov təmsil edib.
 
   Tədbir zamanı kibercinayətlərin müxtəlif təzahürləri, bu növ cinayətlərin təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, beynəlxalq əməkdaşlıq, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası və onun Əlavə Protokollarında nəzərdə tutulan müddəalar müzakirə edilib. Daha sonra beynəlxalq ekspertlər tərəfindən kibercinayətlərlə bağlı keyslər üzrə praktiki məşğələlər keçirilib.
 
   Təlimin yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.