Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşın pulunun ələ keçirilməsi ilə bağlı paylaşılmış məlumatlara rəsmi münasibət

20.02.2023

  Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən vətəndaş Samir Abbaslının pulunun ələ keçirilməsinə dair qeyri-obyektiv araşdırma aparılması ilə bağlı məlumatlar paylaşılmışdır.

  Bununla bağlı bildiririk ki, Samir Abbaslı (sifarişçi) mülkiyyətində olan mənzildə təmir işlərinin aparılması üçün Ruslan Nəbiyevlə (podratçı) podrat müqaviləsi bağlayaraq 15 min 500 manat pul ödəmiş, lakin podratçı mənzildə təmir işlərini tamamlamadığına görə barəsində hüquq-mühafizə orqanlarına şikayət etmişdir.

  Araşdırma zamanı Samir Abbaslının müraciətinin mülki xarakterli olması müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.