Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 13-17 fevral tarixlərində Asiya İnkişaf Bankının (AİB) məsul nümayəndəsi Jose Luis Syquianın başçılıq etdiyi ekspertlər qrupu ölkəmizdə səfərdə olub.
Qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət etməklə ən böyük donor təşkilatlardan biri olan təşkilat nümayəndələrinin səfərinin məqsədi müxtəlif dövlət orqanlarında görüşlərin keçirilməsi, korrupsiyaya qarşı mübarizə, dövlət satınalmaları, audit və digər istiqamətlər üzrə ölkə təcrübəsinin qiymətləndirilməsi olub.
Səfər çərçivəsində xarici qonaqlarla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri arasında ikitərəfli görüş keçirilib, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərlə bağlı səmərəli fikir mübadiləsi aparılıb.
Görüşdə mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla qəbul edilmiş Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planının icra vəziyyəti, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yeni qanunların qəbul edilməsi, bu növ qanunsuz gəlir və əmlakların müsadirə edilməsinə dair milli mexanizmlərin təkmilləşdirilməsi üçün prokurorluq orqanları tərəfindən həyata keçirilmiş tədbirlər xarici ekspertlərin diqqətinə çatdırılıb.
Bundan başqa, qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin gələcək perespektivlərinə dair məsləhətləşmələr aparılmış, AİB-in ölkəmiz üzrə 2024-2028-ci illəri əhatə edəcək proqram sənədi çərçivəsində Azərbaycan Prokurorluğu ilə əməkdaşlıq arealının daha da genişləndirilməsi niyyəti ifadə edilib.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı