Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi məlumatların toplanması və saxlanması (4)

17.02.2023

   Avropa Məhkəməsi məlumatların hansı kontekstdə əldə edildiyini və saxlanıldığını və onların mahiyyətini nəzərə alır. Terrorizmdə şübhəli bilinən şəxslərlə əlaqədar işlərdə Məhkəmə müəyyən edib ki, dövlətlərə geniş qiymətləndirmə sərbəstliyi verilməlidir, bu xüsusən əvvəllər terror fəaliyyətlərində iştirak etmiş şəxslər barəsində məlumatların saxlanmasına aiddir (Segerstedt-Viberq və başqaları İsveçə qarşı, § 88). 
Avropa Məhkəməsi müəyyən edib ki, bu, həbs edilən şəxsin, yaxud həbs həyata keçirildiyi anda həbs yerində olan digər şəxslərin barəsində zəruri fərdi məlumatların qeydə alınması və saxlanması terrorizm cinayətləri ilə bağlı səlahiyyətli orqanlar tərəfindən aparılan istintaq prosesinin qanuni hüdudları çərçivəsindədir (Mürrey Birləşmiş Krallığa qarşı, § 93).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.