Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Yevlaxda oğulu öldürüb, atasına xəsarət yetirən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

16.02.2023

  Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, fevralın 13-də Yevlax rayon sakinləri Ramil Əsədov xəsarət alması və Amin Əsədovun isə ölməsi faktı ilə bağlı Yevlax rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1985-ci il təvəllüdlü Afət Abdullayev və oğlu 2004-cü il təvəllüdlü Təbriz Abdullayevə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 29, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.