Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Rayon Prokurorluğunun M Ə L U M A T I

13.02.2023

  Fevralın 13-ü saat 20 radələrində Yevlax rayon sakinləri 1984-cü il təvəllüdlü Ramil Əsədov və oğlu 2003-cü il təvəllüdlü Amin Əsədovun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmaları və Amin Əsədovun orada ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanıb.

  Hadisəni törədən şəxs(lər)in müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.