Şriftin ölçüsü :

Saytın rəngi :

Elm-Tədris Mərkəzində “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda silsilə təlimlərinin keçirilməsinə start verilib

13.02.2023

  Hər bir dövlət qurumu kimi prokurorluq orqanlarında etik davranış qaydalarına riayət olunmasına xüsusi diqqət yetirilir, cəmiyyətdəki münasibətlərin inkişafı bu sahəni tənzimləyən daxili aktların da daim yenilənməsini vacib edir.

  Bu mənada Baş Prokurorluğun Kollegiyasının 27.12.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə icraya yönəldilmiş “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi” xüsusi əhəmiyyət kəsb edir.

  Beynəlxalq sənədlərin, eləcə də xarici ölkələrin sahəvi etik davranış qaydalarının təhlil edilməsi ilə hazırlanmış Kodeks prokurorluq işçisinin ictimaiyyət arasında davranışını ehtiva etməklə, prokurorluqda qulluq keçmənin nüfuzunun daha da artırılması, vətəndaşların prokurorluğa etimadının yüksəldilməsi və maraqların toqquşmasının qarşısının alınmasına mühüm töhvə verir.

  Nümunəvi prokurorluq işçisinin peşəkar davranışının zəruri elementi kimi etik davranış qaydalarının hər zaman aktuallığını nəzərə alaraq, Baş Prokurorluğun Elm-Tədris Mərkəzində treninqlərin keçirilməsinə start verilib.

  Cari ilin fevral ayının 3-ü və 10-u təşkil edilmiş treninqlərdə 442 prokurorluq işçisi iştirak edib. Növbəti treninqlərin cari ilin mart ayında keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.