Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Fərdi məlumatların toplanması və saxlanması (1)

10.02.2023

  Dövlət hakimiyyəti orqanları tərəfindən şəxsi həyata dair məlumatların saxlanması, xüsusən də həmin məlumatlar şəxsin uzaq keçmişinə aiddirsə, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlara müdaxilə təşkil edir (Rotaru Rumıniyaya qarşı [BP], §§ 43-44). Saxlanılan məlumatların sonradan istifadə edilib-edilməməsi bu qənaəti dəyişmir (Amann İsveçrəyə qarşı [BP], §§ 65-67; Leander İsveçə qarşı, § 48; Kopp İsveçrəyə qarşı, § 53). 
  Dövlət orqanları tərəfindən saxlanılan fərdi məlumatların şəxsi həyatın hər hansı aspektinə aid olub-olmadığını müəyyənləşdirərkən Avropa Məhkəməsi həmin məlumatların konkret olaraq hansı kontekstdə qeydə alındığını və saxlanıldığını, məlumatların xarakterini, necə istifadə və emal edildiyini və əldə edilə biləcək nəticələri nəzərə alır (S. və Marper Birləşmiş Krallığa qarşı [BP], § 67). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.