Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi, Dövlət ittihamının müdafiəsi üzrə idarə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin əməkdaşları cari ilin 6-7 fevral tarixlərində Avropa İttifaqı və Avropa Şurasının birgə təşkil etdiyi “Paralel Maliyyə araşdırmaları” mövzusunda təşkil edilmiş seminarda iştirak edib.
Seminarın təqdimatı Avropa Şurasının ekspertləri, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarında maliyyə istintaq təcrübəsinə malik mütəxəssislər tərəfindən aparılıb.
Tədbir zamanı ekspertlər Birləşmiş Krallıq və İtaliya Respublikasında istintaq edilmiş cinayət işləri üzrə praktiki misallar təqdim edərək paralel maliyyə araşdırmalarının cinayət aktivlərinin bərpası və idarə edilməsi sahəsinə müsbət təsirləri barədə geniş məlumat verib.
Seminar zamanı “paralel maliyyə araşdırmaları” metodu ilə cinayət gəlirlərinin izlənilməsi və aşkar edilməsi, eyni zamanda onları gizləyən şəxslərin müəyyən edilməsinin mümkünlüyü və mütərəqqi müsadirə metodlarının təqdimatı baş tutub.
İştirakçılarla, həmçinin, interaktiv şəkildə maliyyə uyğunsuzluğunun hesablanması üzrə praktiki məşğələ keçirilib.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı