Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsin nüfuzunun qorunması; təhqir və böhtan (diffamasiya - 7)

07.02.2023

  "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata aid hüquqların həmin Konvensiyasındakı digər hüquqlarla balanslaşdırılmasına üzrə Avropa Məhkəməsi bu qənaətə gəlmişdir ki, dövlət hər iki hüququ təmin etməli və hüquqlardan birinin müdafiəsi digər hüquqa müdaxilə edilməsinə gətirib çıxararsa, həmin müdaxilənin qarşıya qoyulmuş məqsədə mütənasib olmasını təmin edən adekvat vasitələri seçməlidir (Fernandes Martínes İspaniyaya qarşı [BP], § 123). 
  Din və əxlaq fənnindən dərs deyən müəllimin "nikahda olan keşiş" olduğunu ictimaiyyətə açıqlamasından sonra onunla əmək müqaviləsinin uzadılmasından imtina edildiyi bu işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozulmadığını müəyyən etmişdir (§ 89). Diffamasiya ilə əlaqədar işdə isə əksinə, Avropa Məhkəməsi müəyyən etmişdir ki, konfidensial informasiyanın icazəsiz açıqlanmasının lazımi qaydada araşdırılmaması və ya ərizəçinin (o, uşaqlarla pis rəftar etməkdə şübhəli bilinən valideyn idi) nüfuzunun və təqsirsizlik prezumpsiyası hüququnun qorunmaması Avropa Konvensiyasının 8-ci maddəsini pozmuşdur (Ageyevlər Rusiyaya qarşı, § 155).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.