Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Kamran Əliyev Türkiyəli həmkarlarına başsağlığı verib

06.02.2023

  Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev fevralın 06-sı baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb. Zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.