Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsin nüfuzunun qorunması; təhqir və böhtan (diffamasiya - 6)

02.02.2023

  Avropa Məhkəməsi mətbuatın aktiv rolunun, konkret olaraq ictimai maraq doğura və ya cəmiyyətdə müzakirələrə səbəb ola biləcək məlumatları aşkara çıxarmaq və ictimaiyyətin diqqətinə çatdırmaq funksiyasının vacibliyini vurğulayıb (Kuderk və "Aşett Filipakki Assosye" şirkəti Fransaya qarşı, § 114). Baxmayaraq ki, mətbuat müəyyən hüdudları, xüsusilə də başqalarının nüfuzu və hüquqlarının qorunması ilə əlaqədar sərhədləri aşmamalıdır, hər halda onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlər barəsində ictimaiyyətin əldə etmək hüququna malik olduğu məlumat və ideyaları öz öhdəlik və vəzifələrinə uyğun olaraq yaymaqdan, o cümlədən məhkəmə proseslərinə dair məlumat və şərhlər verməkdən ibarətdir ("Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], § 79). Müəyyən hadisələri işıqlandırarkən jurnalistlər diqqətli olmaq və ehtiyatlılıq nümayiş etdirmək öhdəliyini daşıyırlar (Kuderk və "Aşett Filipakki Assosye" şirkəti Fransaya qarşı, § 140).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.