Şriftin ölçüsü :

Saytın rəngi :

TƏKZİB: Naxçıvan MR-in sabiq prokurorunun həbs olunması ilə bağlı xəbər təkzib olunur

02.02.2023

  “Bakupost.az” və digər bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. 

  Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilir.

  Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.