Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsin nüfuzunun qorunması; təhqir və böhtan (diffamasiya - 4)

24.01.2023

  Soza Qoşa Portuqaliyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi satirik materialla bağlı məsələlərə yanaşmasında "şüurlu oxucu" meyarına istinad etmişdir (§ 50; Nikovits və "Ferlaqsqruppe Nyus GmbH" Avstriyaya qarşı, §§ 24-26). Qərara alınmışdır ki, ifadə azadlığı kontekstində şikayət parodiya ilə əlaqədar olduqda dövlətlərə xüsusilə geniş qiymətləndirmə sərbəstliyi verilməlidir (Soza Qoşa Portuqaliyaya qarşı, § 50). Bu işdə tanınmış şəxs olan ərizəçi iddia edirdi ki, seksual oriyentasiyası barədə açıqlama verməsindən sonra teleşounun gedişində təhqirə məruz qalmışdır. Avropa Məhkəməsi hesab etmişdir ki, ərizəçiyə münasibətdə edilmiş zarafat ictimai maraq doğuran məsələnin müzakirəsi kontekstində baş vermədiyi təqdirdə (əks hal: Alveş da Silva Portuqaliyaya qarşı və Velş və Silva Kanya Portuqaliyaya qarşı) işlədilmiş ifadələr Avropa Konvensiyasının 10-cu maddəsi əsasında yol verilə bilən hüdudları aşıbsa, dövlətin 8-ci maddə əsasında şəxsin nüfuzunu qorumaq öhdəliyi yarana bilər (Soza Qoşa Portuqaliyaya qarşı, § 51). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.