Şriftin ölçüsü :

Saytın rəngi :

Yanmış kişi meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

18.01.2023

  Yanvarın 18-i paytaxtın Sabunçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olmuşdur.

  Meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

  İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. 

  Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.