Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsin nüfuzunun qorunması; təhqir və böhtan (diffamasiya - 2)

13.01.2023

  Avropa Konvensiyasının 8-ci maddəsinin tətbiq edilə bilməsi üçün şəxsin nüfuzuna qarşı hücum müəyyən sərtlik səviyyəsinə çatmalı və onun şəxsi həyatına hörmət hüququndan yararlanmasına ziyan yetirməlidir ("Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], § 83). Həmçinin ərizəçinin şəxsiyyəti ilə onun nüfuzuna qarşı törədildiyi iddia edilən hücum arasında kifayət qədər əlaqə olmalıdır (Putistin Ukraynaya qarşı, § 40). Ərizəçinin razılığı olmadan qismən yayımlanmış audio-vizual çəkilişlə əlaqədar olan işdə Avropa Məhkəməsi 8-ci maddənin pozulmadığını müəyyən etnişdir. Belə ki, həmin materialda ərizəçinin özü deyil, digər məsələlər, o cümlədən müəyyən sənaye sahəsindəki kommersiya praktikası tənqid edilirdi (Haldimann və başqaları İsveçrəyə qarşı, § 52). Həmçinin müəyyən edilmişdir ki, ərizəçini "dini təbliğ edən əcnəbi" kimi təqdim edən televiziya verilişi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusunu təşkil etmişdir (Bremner Türkiyəyə qarşı, §§ 72 və 84).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.