Şriftin ölçüsü :

Saytın rəngi :

Qohumunu qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

11.01.2023

  Xəbər verildiyi kimi,  Tərtər rayon sakini 1970-ci il təvəllüdlü Müşviq Orucovun 30 sentyabr 2022-ci il tarixdə öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

  İbtidai istintaqla 1970-ci il təvəllüdlü Ərəstun Orucovun aralarında yaranmış mübahisə zamanı ailə üzvlərini təhqir etdiyi üçün qohumu Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

  Toplanmış sübutlar əsasında Ərəstun Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdir.

  Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.