Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsin nüfuzunun qorunması; təhqir və böhtan (diffamasiya - 1)

11.01.2023

  Nüfuzun qorunması hüququ şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olaraq Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunur ("Aksel Şpringer AG" Almaniyaya qarşı [BP], § 83; Şovi və başqaları Fransaya qarşı, § 70; Pfayfer Avstriyaya qarşı, § 35; Petrina Rumıniyaya qarşı, § 28; Polanko Torres və Movilya Polanko İspaniyaya qarşı, § 40).
  Müdaxilənin "digər şəxslərin nüfuzunun və ya hüquqlarının qorunmasının" maraqları naminə demokratik cəmiyyətdə zəruri olub-olmadığını araşdırarkən Avropa Məhkəməsi Avropa Konvensiyası ilə təmin edilən və müəyyən hallarda bir-biri ilə ziddiyyətə girən iki dəyərin, məsələn, 10-cu maddə ilə qorunan ifadə azadlığının və 8-ci maddədə təsbit olunmuş şəxsi həyata hörmət hüququnun qorunmasında milli hakimiyyət orqanlarının ədalətli balansa riayət edib-etmədiklərini yoxlaya bilər (Kuderk və "Aşett Filipakki Assosye" şirkəti Fransaya qarşı, § 43; "MGN Limited" şirkəti Birləşmiş Krallığa qarşı, § 142).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.