Şriftin ölçüsü :

Saytın rəngi :

Ova gedən şəxs ehtiyatsızlıqdan açılmış atəş nəticəsində öldü

09.01.2023

  Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olmuşdur.

  İlkin araşdırma zamanı Zakir Tağıyevin 09 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir 

  Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanmışdır.

  Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.