Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - 4 nəfər şəxsin ölməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır

06.01.2023

  Baş prokurorluğun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

  Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran      Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilmişdir.

  İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.