Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şəmkir şəhəri ərazisində avtomobildə qumbara partlaması nəticəsində iki nəfər şəxsin xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

05.01.2023

  Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilir ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.