Şriftin ölçüsü :
Saytın rəngi :
Bu Qanun dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyir.
Bu Qanunun tətbiq dairəsinə aid deyil:
-“Dövlət satınalmaları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər;
-“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq neft-qaz sahəsində fəaliyyət;
- Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı dövlət-özəl tərəfdaşlığı;
- Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər.
Qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı – dövlət xidmətlərinin göstərilməsinə, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılmasına və idarəedilməsinə dair bu Qanuna uyğun olaraq bağlanılan müqaviləyə əsaslanan dövlət tərəfdaşı ilə özəl tərəfdaşın birgə fəaliyyətidir.
Dövlət tərəfdaşı – özəl tərəfdaşla dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan dövlət orqanları (qurumları), habelə bələdiyyələr və ya bələdiyyə müəssisələri; özəl tərəfdaş isə – dövlət tərəfdaşı ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxsdir.
Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı layihəsinin və tərəflərin öhdəliklərinin icra vəziyyəti barədə ildə bir dəfə səlahiyyətli orqana- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə dövlət-özəl tərəfdaşlığı qaydalarında nəzərdə tutulan formada və qaydada hesabat təqdim edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı