Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə M Ə L U M A T I - Şəxsin arvadını qəsdən öldürməsi daha sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb

29.12.2022

  Dekabrın 29-u saat 21 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Elxan Ələsgərov və 1977-ci il təvəllüdlü Mahidə Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

  Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən  ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər zəruri hərəkətlər aparılmışdır.

  İlkin araşdırma nəticəsində Elxan Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə arvadı Mahidə Əsədovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin alətlə özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

  Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanmışdır. 

  Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.