Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyəti ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binası, Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə tanış olmuşdur.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olmuş, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilmişdir.
Daha sonra heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu “Hərbi Qənimətlər Parkı”-nda olmuş, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Həmçinin, nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olmuş, eksponatlar barədə onlara ətraflı məlumat verilmişdir.
Qonaqlar Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev, Baş Prokurorluğunun əməkdaşları və veteranları ilə birlikdə Azərbaycan Dövlət Opera və Balet teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinə tamaşa etmişdir.
Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin səfəri dekabrın 29-da başa çatmış və Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınmışdır.










Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı