Şriftin ölçüsü :
Saytın rəngi :
Qonaqlar ilk öncə Ağdamda Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anmış, məzarları üzərinə tər çiçəklər düzmüş, canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmiş, qazilərimizə şəfa diləmişdir.
Bundan başqa nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində olmuş, Cümə Məscidini ziyarət etmişlər.
Daha sonra nümayəndə heyəti yol boyu Ermənistan dövlətinin viran qoyduğu məkanlar, yaşayış məntəqələri, tarixi-mədəni abidələrin şahidi olmuşlar.
Nümayəndə heyəti həmçinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyəti, şəhərin baş planı və beynəlxalq konfrans zalı ilə tanış olmuş, bundan başqa Şahbulaq qalasını ziyarət etmişlər.
Qonaqlar qısa zamanda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin məntiqi davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulamışlar.
Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.










Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı