Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq işçisinin qulluqda olmanın yaş həddinə çatmasına görə qulluq keçməsinə xitam verilməsi barədə Mətbuat xidmətinin məlumatı

26.12.2022

   “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru, baş ədliyyə müşaviri Hacıyev Rasim Akif oğlunun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar        Baş prokuror Kamran Əliyev dekabrın 24-də Baş Prokurorluğun inzibati binasında qəbul edib, ona “Prokurorluğun fəxri işçisi” döş nişanını təqdim etmiş və hədiyyə təqdim etmişdir.

   Baş prokuror görüşdə tədbir iştirakçısı ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkili çəkdirmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.