Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi qərarında bildirmişdir ki, ərizəçinin Hitrou aeroportunun uçuş zolağının aşağı hissəsində yaşamasından irəli gələn əlverişsiz ekoloji şəraitlə əlaqədar şikayətinə Avropa Konvensiyasının 8-ci maddəsi tətbiq edilə bilər, belə ki, Hitrou aeroportundan istifadə edən təyyarələrin yaratdığı səs-küy ərizəçinin şəxsi həyatının keyfiyyətinə və evindən rahat istifadə etmək imkanına müxtəlif dərəcədə olsa da hər halda mənfi təsir göstərib.
Beləliklə, ətraf mühitlə bağlı tələblər müvafiq hallarda Avropa Konvensiyasının 8-ci maddənin tətbiq dairəsinə düşə bilər (Pauell və Reyner Birləşmiş Krallığa qarşı, §§ 40). Bununla belə, nəticə etibarı ilə Avropa Məhkəməsi bu qənaətə gəlmişdir ki, hökumətin Hitrou aeroportundan gecə uçuşlarının sayını azaltmaması ölkənin iqtisadi rifahının maraqları naminə edilib və bu halla əlaqədar yuxularına maneə yaradılan insanların sayının az olduğunu nəzərə alsaq, bu hal uçuş zolağının aşağı hissəsində yaşayanların Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmayıb (Hatton və başqaları Birləşmiş Krallığa qarşı [BP], §§ 129-130).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı