Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşları beynəlxalq forumda iştirak ediblər

23.12.2022

Cari ilin 21 dekabr tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya Regional Ofisi və Özbəkistan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda “Korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin bərpası üzrə Beynəlxalq Ekspert Forumu” keçirilmişdir. Forum çərçivəsində aktivlərin bərpası sahəsində müasir qlobal yanaşmalar araşdırılmış, Avropa ölkələrində və forum iştirakçısı olan dövlətlərdə bu sahədə həyata keçirilən milli strategiyalar barədə geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Baş Prokurorluğunu tədbirdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov, həmin idarənin prokuroru Bəhlul Yaqubov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Ruhlan Nəsirov təmsil etmişdir.

Nümayəndə heyətinin üzvləri Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyət istiqamətlərinə dair ətraflı təqdimatlarla çıxış etmişdir. İsmayıl Qayıbov tədbir çərçivəsində “Uzbekiston-24” dövlət xəbər kanalına verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Prokurorluq orqanlarında 2020-ci ildən keçirilən islahatlar nəticəsində cinayət aktivlərinin bərpası istiqamətində əldə edilmiş nailiyyətlər barədə məlumat vermişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.