Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

23.12.2022

Dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzalıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzalıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. 
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.