Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələrində dəyişikliklər qüvvəyə minmişdir

22.12.2022

Dəyişikliklərə əsasən qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası, əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi xüsusiyyətləri, zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi və ya əmlakın qanuni sahibinə qaytarılması üçün əmlak və ya onun dəyərinin məhkəmə və əmlakın saxlama məsrəfləri çıxılmaqla sorğu edən dövlətə tam həcmdə qaytarılması qaydası müəyyən edilmişdir. 
Belə ki, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılan əmələ görə xarici dövlətin məhkəmə hökmünə əsasən yaranmış məhkumluq barədə məlumat cinayət təqibinin gedişində daxil olduqda və müvafiq hökm Azərbaycan Respublikasında qanunla müəyyən edilmiş qaydada tanındıqda, bu məhkumluq da cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınır. 
Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimat verir. 
Şəxsin cinayət əməlinə görə məhkum edilməməsi əmlak müsadirəsi barədə xarici dövlətlərin məhkəmələrinin yekun qərarlarının tanınmasını istisna etmir.
Əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yenidən cərimə və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbir təyin olunarkən müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulmuş cinayət-hüquqi tədbirlərin aşağı və yuxarı həddinin orta həddindən aşağı cinayət-hüquqi tədbir təyin edilə bilməz.a

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.