Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşı beynəlxalq tədbirdə iştrak edib

21.12.2022

  Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşə hazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, o cümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.

  Belə tədbirlərin davamı kimi Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə 13-15 dekabr tarixlərində Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mübarizə İdarəsi (BMTNCİ) tərəfindən “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq mübarizədə qadın liderlərə səlahiyyətlərin verilməsi” mövzusunda təşkil olunmuş seminarda iştirak edib. 

  Tədbirdə terrorizmlə mübarizə və çirkli pulların yuyulmasının qarşısının alınması sahəsi üzrə ekspertlər tərəfindən bu kateqoriya cinayətlərlə mübarizədə gender balansının təkmilləşdirilməsi, cari problemlər və həlli yolları, habelə qadınların cinayətkarlıqla mübarizədəki rolu barədə məlumat verilməklə tədbir iştirakçıları ilə interaktiv formada fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.