Şriftin ölçüsü :

Saytın rəngi :

Fəhlənin təmir-tikinti işləri zamanı yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı araşdırma aparılır

20.12.2022

Dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılmış və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.