Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Sabunçu rayonunda meyit qalıqlarının aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır

20.12.2022

  Daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, dekabrın 19-u saat 13 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində “AzBadam” şirkətinə məxsus badam bağlarında traktorla qazıntı işləri aparılarkən 1 metr dərinlikdə sellofan torbaya bükülmüş vəziyyətdə şəxsiyyəti müəyyən edilməyən qadın cinsli çürümüş meyitin qalıqları aşkar edilib.
  Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq qaydada nümunalər götürülərək ekspertizaya təqdim edilmişdir.

  Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.