Şriftin ölçüsü :
Saytın rəngi :
14-15 dekabr 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində Pakistan Milli Hesabatlılıq Bürosunun təşkilatçılığı ilə hibrid formatda Qərbi və Mərkəzi Asiya üzrə Aktivlərin qaytarılması qurumlararası şəbəkəsinin (ARIN-WCA) İllik iclası və «Aktivlərin qaytarılması sahəsində aktual məsələlərə dair treninq» keçirilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunu tədbirlərdə Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis muavini, ARIN-WCA-da müşahidəçi olan Azərbaycan Respublikasından əlaqələndirici şəxs İsmayıl Qayıbov onlayn formatda təmsil etmişdir.
İclasda ARIN-WCA-nın üzvləri olan İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan və təşkilatda müşahidəçi statusuna malik olan Gürcüstan və Ukraynanın cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması sahəsində ixtisaslaşan müvafiq qurumlarının nümayəndə heyətləri iştirak etmişlər.
Dekabrın 14-də keçirilmiş Şəbəkənin İllik iclasını salamlama nitqləri ilə Pakistan Milli Hesabatlılıq Bürosunun Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Abdul Xaliq və Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin regional proqramının əlaqələndiricisi Ceremi Milsom açmışlar. İclas zamanı Katibliyin ARIN-WCA-nın 2022-ci ildə fəaliyyətinə dair hesabatı, ARIN-WCA-nın 2023-cü il üçün sədrliyinin seçilməsi, təşkilatın Rəhbər qrupunun seçilməsi, Şəbəkənin maliyyə məsələləri, 2023-cü ilə dair işin planlaşdırılması və s. məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Şəbəkənin 2023-cü ilə dair sədrliyi növbəlilik qaydasındə Pakistan İslam Respublikasından İran İslam Respublikasına keçmişdir.
15 dekabr tarixində keçirilmiş «Aktivlərin qaytarılması sahəsində aktual məsələlərə dair treninq»də ARIN-WCA ölkələrində cinayətkarlığa qarşı mübarizə və aktivlərin qaytarılması potensialının inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Treninqdə Azərbaycan Respublikasında cinayət aktivlərinin bərpası mövzusundə təqdimatla çıxış etmiş İsmayıl Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyyələrinə müvafiq olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2020-ci ildən keçirilən islahatlar çərçivəsində yaradılmış Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin funksiyaları və fəaliyyəti, ədlə edilmiş nailiyyətlər, yaxın perspektivdə qarşıda duran hədəflər barədə geniş məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı