Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Milli Magistratlar Məktəbində (ENM) ermənilərin törəkdikləri ekoloji cinayətlər barədə məlumat verilib

14.12.2022

  Fransanın Milli Magistratlar Məktəbi (ENM) tərəfindən xarici dövlətlərin hakimləri, prokurorları, hüquqşünasları və bu sahədə ixtisaslaşmış digər dövlət məmurları və rəsmiləri üçün əyani və distant formatda qısamüddətli beynəlxalq təlimlərin təşkili ilə əlaqədar 2022-ci ildə elan edilmiş müsabiqədə iştirak edilib Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəis müavini Günay Əyyubova tərəfindən müvəffəqiyyət əldə olunaraq, 2022-ci ilin 28 noyabr – 4 dekabr tarixlərdə Parisdə təşkil olunan “Ədalət və ətraf mühitin mühafizəsi” mövzusu üzrə kursda səmərəli iştirak edilmiş və xüsusi attestatla təltif edilmişdir.

  Kursa Azərbaycan ilə yanaşı Xorvatiya, Misir, Kosova, Fələstin və Nigeriya ölkələrindən hakim və prokurorlar cəlb edilmişlər. Tədris prosesi zamanı ətraf mühitin hüquqi mühafizəsinin elmi problemləri: iqlim dəyişikliyi, Avropanın ətraf mühit hüquqları, ekoloji cinayətin qlobal vəziyyəti, ətraf mühitin qorunması: sərhədsiz ədalətin çağırışları, ətraf mühit məsələlərində Avropa polisi və məhkəmə, Fransada ətraf mühit məsələləri üzrə ixtisaslaşmış cinayət məhkəmələri, ekoloji cinayətlərin araşdırılması, dəniz məsələlərində araşdırmanın xüsusiyyətləri: ixtisaslaşdırılmış bölmə tərəfindən hüquq pozuntularının aşkar edilməsi və qarşısının alınması, milli parklar və dəniz mühafizəsi əraziləri vasitəsilə biomüxtəlifliyin qorunması, ekoloji zərərin bərpası və bu sahəyə aid digər mövzular üzrə mühazirələr dinlənilmiş, mühazirələr ətrafında geniş müzakirələr aparılmışdır. Fransa Kassasiya Məhkəməsi ilə tanışlıq aparılmış, tarixi, strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.  

  Kursda hər dövlətin nümayəndəsi tərəfindən öz ölkəsində mövcud ekoloji problemlər barədə məlumat verilməsi ilə əlaqədar Günay Əyyubova ermənilər tərəfindən 30 il ərzində Azərbaycanın işğal altında saxladıqları ərazilərində flora və faunaya vurulan ziyan, meşə massivlərinin məhv edilməsi, münbit topraqların yandırılması, içməli su mənbələrini formalaşdıran çayların toksik maddələrlə çirkləndirilməsi, təbii sərvətlərin talan edilməsi, infrastukturun, evlərin, məscidlərin dağıdılması, məscidlərdə heyvanların, donuzların saxlanılması və törədilən digər ekoloji cinayətlər barədə məlumat verib foto və video materiallarla nümayiş etdirməklə bu faktları xarici ölkələrin təmsilçilərinin və fransalı nümayəndələrinin diqqətinə çatdırmışdır. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.