Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ətraf mühit məsələləri (2)

13.12.2022

  Avropa Məhkəməsi qərara almışdır ki, ətraf mühitin həddən artıq çirkləndirilməsi şəxsi və ailə həyatı (və mənzil toxunulmazlığı) hüququna müdaxilə təşkil edə, insanların sağlamlığına təsir göstərə və onların öz mənzillərindən istifadə etməsinə əngəl törədə və beləliklə onların şəxsi və ailə həyatı üçün mənfi nəticələrə səbəb ola bilər. Cakomelli İtaliyaya qarşı məhkəmə işində (§§ 97-98) müəyyən edilmişdir ki, toksik tullantıların emalını həyata keçirən, ərizəçinin evindən 30 metr məsafədə yerləşən özəl zavodun ətraf mühiti çirkləndirməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusunu təşkil edir, eləcə də Fadeyeva Rusiyaya qarşı məhkəmə işində (§§ 133-134) dövlət hakimiyyəti orqanları ətraf mühiti yüksək dərəcədə çirkləndirən və havaya kimyəvi tullantılar buraxan Rusiyanın ən iri metallurgiya zavodu ətrafındakı təhlükəli "sanitar-müdafiə zonasından" qadının köçməsinə yardım üçün səmərəli həll yolu təklif etmədiklərinə görə onun mənzilinin və şəxsi həyatının toxunulmazlığı hüququnu pozmuşdular. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.