Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır

12.12.2022

  Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında  ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
  Araşdırma zamanı müəyyən edilmişdir ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olmuş, həmin gün saat 12:00-da isə əməliyyat olunmuşdur. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova     vəfat etmişdir.
  Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.