Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 9 dekabr tarixində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Milli Məclis, Elm və Təhsil Nazirliyi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası, Auditorlar Palatası, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, Sosial Tədqiqatlar Mərkəzi, habelə vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə “9 dekabr-Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs etmişdir. Habelə, ötən dövr ərzində qəbul edilmiş dövlət proqramlarının effektiv icrası nəticəsində qanunvericilik və institutsional mexanizmlərin təkmilləşdirilməsi məsələlərinə də toxunan Baş İdarə rəisi görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat vermişdir.
Daha sonra dəyirmi masada çıxış edən Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Kamal Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə və digər natiqlər tərəfindən korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə toxunulmaqla bu sahədə təmsil etdikləri qurumların rolu və müsbət təcrübələri barədə təqdimatlar edilmiş, qeyd edilən mövzu ətrafında bir sıra səmərəli təkliflər səsləndirilmişdir.
Müzakirələr zamanı bu sosial bəlanın bütün mənfi təsirlərini dəf etmək üçün hər bir dövlət orqanı və vətəndaş cəmiyyətinin bundan sonra da sıx əlaqəli formada fəaliyyət göstərməsinin labüdlüyü qeyd edilmişdir.
Tədbirin sonunda Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilmiş “9 dekabr-Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunan “Korrupsiyaya yox deyək!” adlı Respublika rəsm müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının təltifetmə mərasimi keçirilmiş və onların müəllifi olduqları işlər sərgilənmişdir. Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və digər sənətkarlar da iştirak etmişdir.











Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı