Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonu ərazisində həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

08.12.2022

  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, dekabrın 08-i saat 03 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 1982-ci il təvəllüdlü Mehtun Qarayevin öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
  Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi Cavad Kazımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Mehtun Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
  Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
  Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
  Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.