Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonu ərazisində şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb

06.12.2022

  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olmuşdur.
  Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
  Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.