Şriftin ölçüsü :

Saytın rəngi :

Bir ailənin dörd üzvünü öldürməkdə şübhəli bilinən şəxs tutulub

03.12.2022

Dekabrın 2-i saat 22 radələrində Beyləqan rayonu, Tatalılar kəndi ərazisində kənd sakini Nadir Quliyev və ailə üzvlərinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi Fuad Cəlilzadənin torpaqla bağlı əvvəllər aralarında olmuş münaqişə səbəbindən 1966-cı il təvəllüdlü Nadir Quliyevi, onun arvadı 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, oğlanları 1999-cu il təvəllüdlü Ramin Quluzadə və 1996-cı il təvəllüdlü Amin Quluzadəni özünə məxsus ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Fuad Cəlilzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
 Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.