Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR -Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsi baxımından şərh etmişdir

03.12.2022

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.11.2022-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur.

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu İnzibati Xətalar Məcəlləsinin 85 və 114.2.3-cü maddələrinin məzmunundan çıxış edərək qeyd etmişdir ki, həmin maddələrdə aydın və birmənalı şəkildə müəyyən edilmiş qaydaya əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə özü cinayət işini başlamır, istintaq orqanın cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarını ləğv etmir, o, əməldə müəyyən etdiyi cinayət əlamətləri barədə cinayət təqibini başlamaq səlahiyyətində olan orqanı məlumatlandırmaqla materialları həmin orqana göndərir.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində prokurorun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən ona göndərilmiş materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara baxılması qaydasının tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.