Şriftin ölçüsü :
Saytın rəngi :
Dekabrın 2-i saat 20 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbə sakini 1994-cü il təvəllüdlü İlkin Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 2000-ci il təvəllüdlü Xəyal Surxayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Xəyal Surxayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı