Şriftin ölçüsü :

Saytın rəngi :

"Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib

01.12.2022

"Liatris Holding"in təşkilatçılığı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının dəstəyi ilə "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı təbdir keçirilib.

Tədbirdə Baş Prokurorluğun əməkdaşları Kənan Zeynalov, Elvar Həsənov və Hikmət Verdiyev iştirak edib. 

Tədbir zamanı, dövlət qurumlarının sözçüləri, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlar edib, birgə əməkdaşlığın perpektivləri barədə təkliflər səsləndirilib.

Çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov narkomaniya və məişət zorakılığına qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan kompleks işlər barədə məlumat verib. 


Tədbirdə, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiə, Elm və təhsil, Səhiyyə, Gənclər və idman nazirliklərinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında səmərəli fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.