Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında səmərəli əməkdaşlıq uğurla davam etdirilir

01.12.2022

  «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilmişdir.
  Hər 3 şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilmişdir.
  30.11.2022-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiya Federasiyasından Azərbaycana gətirilmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.