Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanıb

24.11.2022

  Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.
  Araşdırmalarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə   Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulmuşdur.
  Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmiş, həmçinin ziyanın ödənilməsinin təmin ediləsi üçün zəruri tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.