Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Valideynlik hüquqları və dövlət himayəsi - 1)

23.11.2022

  Uşaq dövlət himayəsinə götürüldükdə (Yohansen Norveçə qarşı, §52; Eriksson İsveçə qarşı, §58), yaxud valideynlər boşandıqda (Mustafa və Armağan Akın Türkiyəyə qarşı, §19) ailə həyatı başa çatmır. Avropa Məhkəməsi müəyyən etmişdir ki, uşağın valideynlərin himayəsindən alınaraq dövlət himayəsinə verilməsi ailə həyatına hörmət hüququna müdaxilə təşkil edir və bu müdaxilənin Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndi ilə əsaslandırılması tələb olunur.
  Dövlət orqanları (həm səhiyyə orqanları, həm də sosial orqanlar) uşaqları müdafiə etmək öhdəliyini daşıyırlar və onlar uşaqların ailə üzvləri ilə problemlərinin olduğu barədə həqiqi inama əsaslanan və əsaslı olan qərar qəbul etdikdən sonra həmin qərarın yanlış olduğu aşkara çıxdıqda buna görə hər dəfə onları təqsirkar saymaq olmaz (R.K. və A.K. Birləşmiş Krallığa qarşı, §36; A.D. və O.D. Birləşmiş Krallığa qarşı, §84). Buradan belə nəticə çıxır ki, ölkədaxili qərarlar yalnız dövlət orqanları tərəfindən həmin qərarların qəbul edildiyi dövrdə mövcud olan situasiyanın işığında araşdırıla bilər (B.B. və F.B. Almaniyaya qarşı, §48).
  Beləliklə, milli hakimiyyət orqanları uşağa qarşı ciddi fiziki zorakılıq barədə ən azı ilk baxışdan inandırıcı görünən iddialarla qarşılaşdıqda valideynlik hüquqlarının onlar tərəfindən müvəqqəti dayandırılması kifayət qədər əsaslı tədbirdir (B.B. və F.B. Almaniyaya qarşı, §49). Lakin iş üzrə əsas məhkəmə araşdırmasında valideynlik hüququndan həmişəlik məhrum edilmə barədə qəbul edilmiş qərar kifayət qədər əsaslandırılmayıbsa,    Avropa Konvensiyasının 8-ci maddəsini pozulmuş olur (eyni mənbə, §51-52).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.