Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

22.11.2022

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına  uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək  həll olunması üçün müvafiq tədbirlər görülür.

  Noyabrın 22-də Baş prokuror Kamran Əliyev Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib.

  Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmiş, daha sonra isə Heydər Əliyev Mərkəzinə gələrək  Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən eksponat və fotoşəkillərlə tanış olub.

  Qəbulda iştirak edən 53 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

 Qəbuldan sonra Baş prokuror Sumqayıt şəhər prokurorluğunda Qubadlı rayon, Sumqayıt şəhər və hərbi prokurorluqalarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirərək vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkili, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini vermişdir.

  Daha sonra Baş prokuror Qubadlı rayon və Sumqayıt hərbi prokurorluqlarına getməklə orada yaradılmış iş şəraiti ilə tanış olmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.