Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi himayədar valideynlərlə onların himayəsinə verilmiş uşağın birlikdə keçirdikləri müddəti, münasibətlərinin keyfiyyətini və böyüklərin uşağa münasibətdə rolunu nəzərə alaraq onların arasında faktiki "ailə həyatının" mövcudluğunu tanıya bilər (Moretti və Benedetti İtaliyaya qarşı, §48-52).
Məhkəmə həmçinin (uşağın himayədar ailəyə verilməsi işinin materiallarına baxmaq hüququnun mövcud olub-olmadığının müəyyənləşdirilməsi kontekstində) qərara alıb ki, ərizəçinin vəziyyətində olan şəxslərin (vaxtı ilə himayədar ailəyə verilmiş uşağın) uşaqlıqlarına və erkən inkişaf dövrlərinə aid məsələlərdən xəbərdar olmaları və onları anlamaları üçün zəruri məlumatları əldə etmək maraqları Konvensiya ilə qorunan mühüm maraqlardır (Qaskin Birləşmiş Krallığa qarşı, §49).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı