Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Uşaqlar (Qəyyumluq, uşaqla görüşmək və təmasda olmaq hüquqları)

14.11.2022

  Dövlətlər həmçinin qəyyumluq məsələsi və valideynlik hüquqları ilə bağlı qərarların icrasına yönələn tədbirlərin görülməsini təmin etməlidirlər (Rou və başqaları Fransaya qarşı; Vorojba Rusiyaya qarşı, §97; Malets Polşaya qarşı, §78). Zəruri hallarda bu tədbirlər digər valideyn tərəfindən yeri gizlədilən uşağın harada olduğunun müəyyənləşdirilməsi üçün araşdırma aparılmasını özündə ehtiva edə bilər (Qromadka və Qromadkova Rusiyaya qarşı, §168). Məhkəmə həmçinin müəyyən edib ki, atanın uşaqla təmasda olmaq hüquqlarının həyata keçirilməsini təmin etmək üçün bir sıra avtomatik və stereotip tədbirlərə arxayın olmaqla daxili məhkəmələr ərizəçi ilə uşaq arasında səmərəli münasibətin qurulması və ərizəçinin uşaqla təmasda olmaq hüquqlarını tam həyata keçirməsi üçün tələb olunan tədbirləri görməyiblər (Corcioni İtaliyaya qarşı, §75-77; Makredi Çex Respublikasına qarşı, §66; Bondavalli İtaliyaya qarşı, §81-84).
  Valideynin uşağı ilə münasibətlərinə aid olan işlərdə dövlət orqanlarının üzərinə son dərəcə diqqətli olmaq öhdəliyi düşür, belə ki, yubanma nəticəsində müəyyən zamanın keçməsi faktiki olaraq işin taleyinin həll edilməsinə gətirib çıxara bilər. İşə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi ağlabatan müddətdə baxılıb-baxılmadığının qiymətləndirilməsində həlledici əhəmiyyət daşıyan bu öhdəlik həmçinin 8-ci maddədən irəli gələn prosessual tələblərin tərkib hissəsini təşkil edir (Ribiç Xorvatiyaya qarşı, §92).
  Ərizəçilərin müəyyən edilmiş əraziləri tərk etməsinin qarşısını alan və onların anklav xaricində yaşayan qohumları ilə təmasda olmaq hüquqlarını həyata keçirmələrini daha da çətinləşdirən tədbirlərin görüldüyü işdə Məhkəmə 8-ci maddənin pozuntularının baş verdiyini müəyyən etdi (Nada İsveçrəyə qarşı [BP], §165 və 198; Aqrav İsveçrəyə qarşı, §51; Mengeşa Kimfe İsveçrəyə qarşı, §69-72).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.